Şuşa. Trend:
Biz Prezident İlham Əliyevin yürütdüyü siyasəti və onun bütün
addımlarını tam dəstəkləyirik.
Bunu Trend-ə Azərbaycanın Almaniyadakı diasporunun
nümayəndəsi Yusif Təhməzov Dünya Azərbaycanlılarının V Qurultayı
çərçivəsində deyib.
“Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xaricdə yaşayan
azərbaycanlılar digər dövlətlərin siyasi fəaliyyətinə təsir edə
biləcək qüvvədir. Biz Prezident İlham Əliyevlə fəxr edirik”, –
Y.Təhməzov bildirib.
O qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V
Qurultayı Azərbaycan xalqı, xüsusilə, gənclər üçün vacib olan
yüksək səviyyəli tədbirdir.
“Xaricdə yaşayan gənclərimiz beynəlmiləlçilik, Vətənə sevgi
ruhunda tərbiyə olunmalıdır. Buna görə, bu cür tədbirlər böyük
əhəmiyyət daşıyır”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)