Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fəaliyyət göstərən “Barys” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Bakı limanına ilk dəfə olaraq rekord həcmdə – 314 TEU konteyner çatdırılıb.
“ADY Container”dən AzerTimes-a verilən məlumata görə, gəmidə olan 159 konteyner limana boşaldılıb. Konteynerlərin hər biri 40 futluqdur.
Çindən və Qazaxıstandan göndərilən konteynerlərin əksəriyyəti platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə göndəriləcək. Konteynerlərdə müxtəlif təyinatlı qarışıq yüklər daşınır.