“Azərbaycan Dəmir Yolları” bank kartları ilə ödəniş layihəsini işə salmağa hazırlaşır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan dəmir yollarında təmassız bank kartları ilə ödəniş üzrə pilot layihə sınaqlar başa çatdıqdan sonra işə salınacaq.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Baku Transit Forum 2021: Smart City” adlı onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank “Azərbaycan Dəmir Yolları”nın və digər strukturların dəstəyi ilə bu sınaqların ilkin mərhələsini uğurla reallaşdırır.

F.Osmanov bildirib ki, 2020-ci ildə Azərbaycanda elektron bankçılıq və nağdsız əməliyyatlar vasitəsilə pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: