Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə hazırdır – DANX

Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə
hazırdır.

Trend-in
məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar
Rzayev “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf
perspektivləri” mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, bu sektor sürətlə inkişaf edir və təkcə
daxili bazar üçün deyil, həm də bütün region üçün yeni imkanlar
yaradır.

O, həmçinin qeyd edib ki, Azərbaycanda yük və sərnişin
daşımalarının maneəsiz həyata keçirilməsi üçün işlər aparılır.

“2015-ci ildə Azərbaycan ərazisində 155 min şirkət yük
daşımaları həyata keçirirdisə, indi bu göstərici 240 mini ötüb”, –
deyə o bildirib.

A.Rzayev əlavə edib ki, istirahət zonalarının yaradılması,
sürücülərə beynəlxalq standartlara uyğun xidmətlərin təklifini
nəzərdə tutan yeni avtomobil yolları modeli formalaşdırılır.

“Həmçinin, qeyd etmək istəyirəm ki, mövcud reallıqlar
regionumuza yük axınının cəlb olunmasını tələb edir. Ölkəmiz icazə
blanklarının sayını artırmağa hazırdır. Azərbaycan daşıyıcıları
kombinə yük daşımalarında iştirak etməyə hazırdır. Bu işlərin
reallaşdırılması üçün bizim kifayət qədər bazamız var”, – o
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: