Azərbaycan Dağ kəndində keçid məntəqəsi yaradacaq

Azərbaycan Dağ kəndində keçid məntəqəsi yaradacaq

Dağ (Tex) kəndini Zəngəzur rayonunun qalan hissəsi ilə birləşdirən yolda Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradıla bilər.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə ekspert Qarnik Davtyan deyib.

“Xəritələrə əsasən, Azərbaycan Dağ kəndi yaxınlığında mövqe təyin edib. Bu xəritəyə əsasən yuxarıdakı yolun kiçik – təxminən 200 metrlik hissəsi Azərbaycan ərazisindən keçir. Onlar Gorus-Qafan yolunda olduğu kimi, orada da keçid məntəqəsi quraşdıra bilərlər. Artıq Azərbaycanın informasiya seqmentində bu barədə söhbətlər gedir”, – o bildirib.

Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətə götürüb.

Teqlər: