Azərbaycan cüdoçusu finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu finala vəsiqə qazandı

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

AzerTimes xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.

Teqlər: