Azərbaycan çox qısa zamanda barmaqla görtərilən ölkələr arasında yerini alacaq – Ərdoğan (VİDEO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan çox qısa zamanda barmaqla görtərilən ölkələr arasında yerini alacaq.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partinin Türkiyə Böyük Məclisi Qrup toplantısında deyib.

R.T.Ərdoğan bildirib: “Dünən Prezident İlham Əliyevlə birgə Azərbaycanda yeni inşa edilən Füzuli beynəlxalq Hava Limanının açılşını etdik, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olduq. Azərbaycanda fərqli inkişaf proseslər gedir və Füzulidən İstanbula qədər bir yol olacaq. Hazırda bu yolların inşası istiqamətində işlər sürətlə davam edir. Bir tərəfdən dəmir yolu, bir tərəfdən avtomobil yolları inşa edilir və burada da Türkiyə şirkətləri fəal iştirak edirlər. Azərvaycan və Türkiyə müştərək çalışmaları ilə gözəl bir qardaşlıq sərgiləyir və bu qardaşlıqla Azərbaycan çox ciddi bir yüksəlişin örnəklərini göstərir, aramızdakı bu həmrəyliyin bu şəkildə davam etməsi ilə Azərbaycan çox qısa zamanda barmaqla görtərilən ölkələr arasında yerini alacaq”.

Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində də gözəl addımlar atır: “Hazırda ermənilərin basdırdığı minalar təmizlənir və minaların təmizləndiyi yerlər kənd təsərrüfatı üçün yararlı hala gətirilir. Türkiyə istehsalı olan insansız minatəmizləmə maşınlarından Azərbaycana da vermişik və hazırda bu maşınlardan da istifadə edilir, minalar uzaqdan idarəetmə ilə zərərsizləşdirilir. Qarabağda, eyni zamanda turizm sahəsində ciddi bir nəticə əldə ediləcək”.

Teqlər: