Azərbaycan Cənubi Qafqazda Avropanın müttəfiqidir – Fransalı senator

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycan Cənubi Qafqazda Avropanın müttəfiqidir.

Trend-in məlumatına görə, bunu Fransa Senatının üzvü Natali Qule Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Trend BİA tərəfindən təşkil olunmuş “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri veb-konfransının yekunları” mövzusunda onlayn-konfrans zamanı deyib.

O bildirib ki, Avropanın Azərbaycana ehtiyacı var, çünki bu ölkə sabitlik nümunəsidir.

Bunu təsdiq etmək üçün o, fransalı deputatları Azərbaycana dəvət etməyi təklif edib.

N.Qule qeyd edib ki, uzun illər ərzində Azərbaycan Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı Ermənistanın işğal altında saxladığı torpaqlarda mədəni irsin dağıdılması ilə bağlı qətnamə barədə təkliflər irəli sürürdü.

Onun sözlərinə görə, bütün bunlar sənədləşdirilib və bunun əsasında Azərbaycan deyə bilər: “Biz sizə deyirdik. Niyə bizə qulaq asmırdınız?”

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: