Azərbaycan çempionatının I divizionunda 3 yeni komanda iştirak
edəcək.
Bu barədə qərarı AFFA verib.
Trend AFFA-nın saytına istinadla xəbər verir
ki, qurumun İcraiyyə Komitəsi üç komandanı aşağı dəstəyə buraxmaq
barədə qərar qəbul edib. Bunlar “İmişli”, “Mingəçevir” və “Araz
Naxçıvan”dır.
Bölgə komandaları 2022/2023-cü il mövsümündən etibarən I
divizionda çıxış edəcək.