“Azərbaycan casusu”ndan bu cür ifadə alınıb – Koçubayev

“Azərbaycan casusu”ndan bu cür ifadə alınıb – Koçubayev

İrəvanın Bakıya casusluqda ittiham etdiyi Sərkis Qalstyan ifadəsini təzyiq altında verib.

AzerTimes xəbər verir ki, bunu Qalstyanın vəkili Aleksandr Koçubayev deyib.

Onun sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Qalstyan həyat yoldaşının həbs ediləcəyi ilə hədələnib və bu da onu ifadə verməyə razılaşmağa məcbur edib.

Vəkil vurğulayıb ki, Ermənistan məhkəmələrinin bu işə baxmaq hüququ yoxdur.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi ilkin araşdırmanı yekunlaşdırıb. İddiaya görə, Qalstyan 2020-2023-cü illərdə Qarabağın əhalisi, separatçı ordunun mövqeləri barədə məlumatı Azərbaycana ötürüb. 2023-cü ilin sentyabrında ermənilərin könüllü köçündən sonra Qalstyan Xankəndidə qalıb, lakin aprel ayında Azərbaycandan Ermənistana getdikdən sonra orada həbs edilib.

Teqlər: