Azərbaycan bunun öhdəsindən uğurla gəldi – Fidan

Azərbaycan bunun öhdəsindən uğurla gəldi – Fidan

Azərbaycan Qoşulmama Hərəkatına sədr vəzifəsinin öhdəsindən uğurla gəldi.

AzerTimes xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, – nazir bildirib.

H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləkəçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.

Teqlər: