Ümumiyyətlə, istənilən danışıqlar hərbi əməliyyatdan daha məqbuldur. 2018-ci ildən bəri danışıqların pozulması 2020-ci ildə müharibəyə gətirib çıxardı. Bu mənada təmaslar vacibdir.
AzerTimes xəbər verir ki, bu sözləri martın 1-də Ermənistan parlamentinin “Hayastan” fraksiyasının lideri Seyran Ohanyan deyib.
O bildirib ki, Azərbaycan bütün platformalardan ağıllı şəkildə istifadə edə bilir:
“Azərbaycan hakimiyyəti mütəmadi olaraq deyir ki, onlara vasitəçi lazım deyil. Bu onunla bağlıdır ki, onlar yalnız Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Digər tərəfdən, onlar öz maraqlarını təbliğ etmək üçün həm Qərb, həm də postsovet platformalarından çox ağıllı şəkildə istifadə edirlər. Qərb platformasında dost ölkələrimiz var, qismən müşahidə missiyası istisna olmaqla, heç bir ölkənin yerlərdə dəstək vermək imkanı yoxdur”.