Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil yolu, dəmir yolu İrəvanın nəzarətində olmalıdır.
AzerTimes xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
“Biz bunu dəhliz adlandırmaqla, yəni Avropada mövcud olan və heç vaxt eksterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tuturuq. Bizim nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil, dəmir yolunun İrəvanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqli tənzimləmədir.
Belə olan halda Azərbaycan Ermənistan ərazisindən keçən öz vətəndaşlarının və yüklərin təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu, tamamilə məntiqli və normaldır. Amma bunun necə olacağı Ermənistan hakimiyyətinin üzərinə düşür”, – Klaar bildirib.