Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların dördüncü iclasında demarkasiya üçün hansı ilin xəritəsinin əsas götürülməsi ilə bağlı razılıq əldə olunmayıb.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
O bildirib ki, yeni görüşün vaxtı və yeri hələ bəlli deyil.
Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının dördüncü görüşü iyulun 12-də sərhəddə keçirilmişdi.
Ermənistan Baş naziri Nikol Paşinyan və digər rəsmilər uzun müddətdir ki, 1975-ci il xəritəsi üzrə sərhədin müəyyən edilməsini təklif edirlər. Razılaşma yoxdursa, demək, Azərbaycan bu təklifi qəbul etməyib.