Azərbaycan minatəmizləmə məsələsinə çox mütərəqqi, yaradıcı və müsbət yanaşır.
AzerTimes xəbər verir ki, bunu BMT-nin Ukraynadakı keçmiş rezident əlaqələndiricisi Frensis O Donnell deyib.
Onun sözlərinə görə, bu, həqiqətən də, insanları nəsillər boyu narahat edən çox ciddi problemdir.
“Azərbaycan hökumətinin infrastrukturun, yolların, məktəblərin və bir çox obyektlərin yenidən qurulması ilə bağlı sürətli işlər görməsi məni çox heyran etdi. Həm də işlərin həyata keçirildiyi strateji plan heyranedicidir”, – O Donnell bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağı bərpa etmək, onu cənnətə çevirmək, bütün dünyaya örnək etmək barədə dediyi sözləri çox bəyənir.