Azərbaycan bu layihədə maraqlı görünmür – Paşinyan

Azərbaycan bu layihədə maraqlı görünmür – Paşinyan

“Dünyanın kəsişməsi” layihəsinin prinsiplərini elan edəndə bildirmişdik ki, hər bir ölkə öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, öz ərazisində təhlükəsizliyi təmin etməlidir.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycanın ilk reaksiyası belə oldu ki, İranla əlaqə saxladıqları üçün artıq bu layihədə maraqlı görünmürlər. Biz qətiyyən əleyhinə deyilik, amma bu bizim təklifimizdir. Üstəlik, daha bir məqam var. Prosedurların sadələşdirilməsi qarşılıqlılıq əsasında baş verə bilər. Onlar layihədə iştirak edən bütün ölkələr üçün əlçatan olmalıdır. Biz burada kifayət qədər çevikik”, – Paşinyan bildirib.

Teqlər: