Azərbaycan bu ittifaqa üzv seçildi

Azərbaycan bu ittifaqa üzv seçildi

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib.

Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

Konfrans çərçivəsində oktyabrın 3-də BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan olduqca yüksək göstəricilərlə – 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

Azərbaycan XİN hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, sentyabrın 26-da başlayan konfrans oktyabrın 14-də yekunlaşacaq.

Teqlər: