Rusiya Prezidenti Vladimir Putin baş nazirin müavinlərinin rəhbərlik etdiyi Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupunun işinə əlavə təkan verilməsini zəruri hesab edib.
AzerTimes xəbər verir ki, Putin Azərbaycan tərəfinin bu istiqamətdə kifayət qədər fəal işlədiyini söyləyib.
“İqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim. Biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. Onlar iki il əvvəl danışdığımız məsələlərin həlli baxımından xeyli irəliləyiblər”, – Putin qeyd edib.