Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci il yanvar-noyabr aylarında Azərbaycan 25,537 milyon tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Azərbaycan hesabat dövründə 12,285 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,46 faiz çoxdur.
Həmin dövr ərzində Azərbaycan 1,228 milyon ton həcmində neft məhsulu da ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.
Twitter: agdzhaev
(Tərcümə Orxan Nəbiyev)