Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını
qazanıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyasından
bildirilib.
Məlumata əsasən, o, bu titula Xorvatiyanın Poreç şəhərində
keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində
yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa
birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan
güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28,
29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.