Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verir – Hikmət Hacıyev

Şuşa. Trend:

Azərbaycan və BMT əməkdaşlığının parlaq gələcəyi var. Bəzən BMT
tənqid olunur. Amma unutmayaq ki, üzv ölkələr bu təşkilat
qarşısında öz öhdəliklərinə əməl etməlidir. Bütün ölkələr BMT
Nizamnaməsi ilə bağlı öhdəlikləri yerinə yetirməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə
açıqlamasında deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan BMT
Nizamnaməsinin də əsas götürdüyü beynəlxalq hüququn prinsiplərini
dəstəkləyir.

“Azərbaycan BMT-nin sülhməramlı missiyalarına öz töhfəsini
verib. Azərbaycanlı sülhməramlılar Sudan və digər nöqtələrdə
fəaliyyət göstərir”, – H.Hacıyev deyib.

Teqlər: