Azərbaycan BMT-nin miqrasiya şəbəkəsinə daxil olmuş ilk
ölkələrdən olub.
Trend-in
məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladankq Andreyeva Azərbaycan Dövlət Miqrasiya
Xidmətinin beynəlxalq tərəfdaşlarla miqrasiyanın inklüziv, öncül və
təkmil idarəetməsi üçün əməkdaşlığının 15 illiyinə həsr olunmuş
tədbir zamanı deyib.
O, Dövlət Miqrasiya Xidmətinin bu sahəyə töhfəsini xüsusi qeyd
edib.
V.Andreyeva, həmçinin əlavə edib ki, bu gün Avropa ictimaiyyəti
miqrasiya böhranı ilə qarşılaşır və ölkələr bunun öhdəsindən
əlaqəli şəkildə gəlməlidir.
(Tərcümə: Orxan Nəbiyev)