Azərbaycan BMT institutlarını azad olunmuş ərazilərdə rekonstruktisiya prosesində daha aktiv iştiraka təşviq edir

Azərbaycan BMT-nin gündəliyini dəstəkləyir. Azərbaycan hökuməti
BMT institutlarını azad olunmuş ərazilərdə rekonstruktisiya
prosesində daha aktiv iştirak etməyə təşviq edir.

AzerTimes-ın məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Səmərəli müzakirələr oldu. Hökumət yenidənqurma işlərini özü
reallaşdırır, ancaq bununla yanaşı, bu prosesdə beynəlxalq
ictimaiyyətin aktiv dəstəyinə, donor dəstəyininə də ehtiyac
var”.

XİN başçısı Ceyhun Bayramov isə qeyd etdi ki, Azərbaycan
münaqişədən əziyyət çəkmiş ərazilərə verilən dəstəyi qiymətləndirir
və bu istiqamətdə fəal iştiraka çağırış edir. Azərbaycan dayanıqlı
inkişaf hədəflərini qlobal səviyyədə dəstəkləyir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka
Andreeva da bildirdi ki, BMT Azərbaycanın verdiyi töhfələri,
təşəbbüsləri yüksək qiymətləndirir.

“Bundan sonra da Azərbaycanla fəal işləməyə davam edəcəyik”, – o
qeyd edib.

Bununla da Şuşada baş tutan konfrans başa çatıb.

Teqlər: