Azərbaycan birinci MDB Oyunlarında ilk medalını qazanıb

Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında ilk medalını qazanıb.

AzerTimes xəbər verir ki, sentyabrın 3-də “Bars” Arenada yunan-Roma güləşi üzrə yarışlara start verilib. Turnirdə 55 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Quluzadə rusiyalı Qurban Konaliyev və Özbəkistan təmsilçisi Asomiddin Həsənova qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz İsxar Kurbayevi (Qazaxıstan) də məğlubiyyətə uğradaraq finala adlayıb. Qızıl medal uğrunda görüşdə yenidən Qurban Konaliyev ilə qarşılaşan N.Quluzadə rəqibinə qalib gələrək birinci MDB Oyunlarının qalibi olub.


Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

Teqlər: