Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə aparıb – Ceyhun Bayramov

Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə aparıb.

AzerTimes-ın məlumatına görə, bunu ADA Universitetində “44 Günlük Zəfər Yolu” adlı konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Ermənistan özlərinin 90-cı illərdə atdıqları addımları Azərbaycana yapışdırmaq istədilər, lakin təxribatları baş tutmadı:

“İlk illər Ermənistanın qalib tərəf olaraq qəbuledilməz şərtlər irəli sürür, sonrakı illərdə, Azərbaycanın mövqeyi güclənərkən isə danışıqlar prosesini ləngitmək, dalana dirətmək taktikasına əl atırdı.

Açıq şəkildə siyasi provokasiyalar edirdilər. Daha sonra bu, hərbi təxribatlara çevrildi.

Biz bu illər ərzində qanunsuz məskunlaşma ilə bağlı faktları ortaya qoyduq. Ermənistanın təxribatçı addımları ilə bağlı beynəlxalq qurumlara qalaq-qalaq məktublar göndərdik.

Əfsuslar olsun strateji səbrimiz düzgün başa düşülmədi və Ermənistan bundan nəticə çıxarmadı. Və 2020-ci ilin 27 sentyabrda əks-hücum əməliyyatı başladı.

Azərbaycan əsgəri ölkənin dövlət sərhədlərini bərpa etdi.

Hərbi əməliyyatının əsas məqsədinə gəldikdə, Prezident İlham Əliyev ilk gündən bildirdi ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycan ərazisindən qüvvələrini çıxarmaqla bağlı tarix versə, əməliyyatları dayandıracağıq”.

Teqlər: