Azərbaycan bərpa olunan enerji mənbələri üzrə birgə layihələrin
hazırlanmasında İtaliyanın iştirakına ümid edir.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bu gün Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına
böyük diqqət yetirir. Ümid edirik ki, İtaliya şirkətləri bu sahədə
birgə layihələrin hazırlanmasında iştirak edəcəklər”, – C.Bayramov
bildirib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında
Strateji Dialoqun birinci iclası keçirilib. Bundan başqa
İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.