Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 milyon dollar məbləğində xarici investisiya cəlb edəcək – Nazir

Yaxın aylarda Azərbaycan müxtəlif layihələr çərçivəsində bərpa olunan enerji mənbələri sektoruna 500 milyon dollar məbləğində xarici investisiya cəlb edəcək.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji investisiya forumunda deyib.

Nazir bildirib ki, günəş və külək enerjisi sahəsində bu layihələrin ümumi gücü 470 meqavatt təşkil edəcək.


P. Şahbazov, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda Enerji Səmərəliliyinin Təkmilləşdirilməsi Fondu yaradılacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: