Azərbaycan banklarının ümumi kapitalı artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin sonunda Azərbaycan banklarının ümumi kapitalı
2020-ci illə müqayisədə 20 faizdən çox artaraq 18,5 milyard manata
çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində
kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda
konfransda deyib.

Onun sözlərinə görə, bankların depozit portfeli isə doqquz faiz
artaraq 30 milyon manata çatıb.

“Azərbaycan bankları ötən il müxtəlif sahələrə öz vəsaitlərinin
25 faizini investisiya qoyub. Bundan başqa, ölkədə kredit
faizlərinin azaldılması üzrə proqram reallaşdırılır. Bu gün
Azərbaycan bankları mənfəət cəlb etməkdən daha çox öz vəsaitlərinin
dövriyyəsinin artmasında maraqlıdır. Banklarda həmçinin informasiya
texnologiyaları da inkişaf edir ki, bu da əməliyyatların
keçirilməsi zamanı riskləri azaltmağa imkan verəcək”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: