Azərbaycan azad edilmiş ərazilərinin bərpasında dost ölkələrdən birbaşa xarici investisiyaların aktiv axınında maraqlıdır – Azernews

Azernews qəzetində 11 fevralda işıq üzü görmüş məqalədə Azərbaycanın 44 günlük müharibədə torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra, ərazilərinin bərpası və inkişaf etdirilməsi yönündə gördüyü işlərdən və xüsusilə, xarici ölkələrlə əməkdaşlığından bəhs edilir.

AzerTimes-ın məlumatına görə, məqalədə bildirilir ki, indiyə qədər aparılan danışıqların nəticəsi olaraq hələlik tərəfdaş ölkələr qismində Türkiyə, İtaliya, Macarıstan, İran və İngiltərəni görmək olar.

Münaqişədən sonrakı bərpa mərhələsinə qədəm qoyan Azərbaycan azad edilmiş ərazilərinin bərpası üçün dost ölkələrdən olan xarici şirkətlərdən birbaşa xarici investisiyaların aktiv axınında maraqlıdır.

Məqalədə qeyd olunur ki, Azərbaycan 2021-ci ildə yenidənqurma işləri üçün 1,3 milyard dollar ayırmağı planlaşdırır. Xüsusilə, bu vəsaitlər infrastrukturun (elektrik, qaz, su, rabitə, yollar, təhsil, səhiyyə və s.), eləcə də mədəni və tarixi abidələrin bərpasına sərf ediləcəkdir.

Təqdim olunan yazıda adıçəkilən ölkələrlə indiyədək aparılan danışıqlar, onların nəticələri və atılan konkret addımlar haqqında məlumatlar əks olunub.

Teqlər: