Azərbaycan azad edilmiş ərazilərdə bərpa işləri çərçivəsində Türkiyəyə üstünlük verir – Nazir

Xəbər - Zeyni Cəfərov – Trend:

Azərbaycan bütün sahələrdə, o cümlədən “Böyük qayıdış” strategiyasının reallaşdırılmasında türkiyəli tərəfdaşları ilə əməkdaşlıqda maraqlıdır.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri barədə “dəyirmi masa” zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə bərpa və reskonstruksiya işləri çərçivəsində Türkiyəyə üstünlük verir: “Sevindirici haldır ki, türkiyəli sahibkarlar da bu proseslərdə iştirak etməkdə maraqlıdır və bununla bağlı çoxsaylı təkliflər irəli sürür”.


Nazir bildirib ki, bir sıra Türkiyə şirkətləri həmin ərazilərdə zəruri infrastrukturun yaradılması prosesinə cəlb edilib və bu istiqamətdə fəal əməkdaşlıq davam etdiriləcək.