Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan işğaldan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni yaranan imkanları da nəzərdən keçirir.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, Azərbaycan böyükmiqyaslı layihələrə start verib və onların icrasında çox təkidli olacaq.
Nazir vurğulayıb ki, Azərbaycan hələ torpaqlarının bir hissəsi işğal altında olan zaman da həm ölkə daxilində, həm də xaricdə daha geniş coğrafiyanı əhatə edən böyükmiqyaslı regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olub.