Azərbaycan Ayda stansiyanın tikintisinə kömək edəcək

Azərbaycan Ayda stansiyanın tikintisinə kömək edəcək

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

AzerTimes xəbər verir ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar.

Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bildirilib ki, bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti də Beynəlxalq Elmi Stansiyanın tikintisi layihəsinə qoşulub.

Teqlər: