Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü 9,1
milyard kubmetrə çatdırmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq
departamentinin rəhbəri Orxan Zeynalov “Asia Times” nəşrinə
açıqlamasında deyib.
“2021-ci ildə biz Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac
etmişik. Bu il biz həmin göstəricini 9,1 milyard kubmetrə
çatdırmağı planlaşdırırıq. 2023-cü ildə isə Azərbaycanın Avropa
ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir”, –
deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji
mənbələrindən daha çox elektrik enerjisi istehsal edildikcə, daha
çox qaz ixracı mümkün olacaq.
Departament rəhbəri bildirib ki, Azərbaycan 2030-cu ilədək
enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə
çatdırmağı planlaşdırır.
“Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaq
istəyirik, amma eyni zamanda bazarda kiminsə yerini tutmağa
çalışmırıq”, – O.Zeyanlov deyib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)