Azərbaycan Avropaya qaz tədarüklərinin artırılması üçün kifayət
qədər ehtiyatlara malikdir, amma neft bazarından fərqli olaraq, qaz
ixracının artırılması yalnız istelakçılar tərəfindən konkret
müraciətlər və imzalanan razılaşmalar əsasında baş verir.
Trend-in
məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov “Anadolu” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, strateji yanaşma olmadan neft və qazla
bağlı tələb və təklifi balanslaşdırmaq çətin olur.
“Yeni yataqda hasilatın başlaması üçün 6-7 il vaxt tələb olunur.
Bundan başqa, həm də mövcud yataqlarda infrastrukturun
dəstəklənməsi üçün investisiyalar lazım olur. Ona görə də hər şeyi
hesablamaq və məsələyə strateji yanaşmaq lazımdır. Koronavirus
pandemiyası bu hesabları pozdu, qeyri-müəyyənlik formalaşdırdı”, –
deyə nazir müavini bildirib.
(Tərcümə: Orxan Nəbiyev)