Azərbaycan Avropanın qaz təminatında ən etibarlı tərəfdaşdır – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Aparılan müzakirələr, səsləən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını bir daha göstərdi. Bu dəfəki toplantı qonaqların sayına və geni əhatəliliyinə görə də fərqləndi

Toplantının əhəmiyyətini AzerTimes-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası davamlı olaraq neçə ildir ki, Azərbaycanda keçirilir və tədbirə nüfuzlu xarici şirkətlərin, beynəlxaql təşkilatların nümayəndələri qatılır.

“Bu bir daha Azərbaycan çox mühüm enerji coğrafiyası mərkəzlərindən biri olmasını və belə bir mötəbər toplantıya ev sahibliyi etməklə Avropa İttifaqının yaxın strarteji tərəfdaşına çevrildiyini təsdiqləyir. Hazırkı toplantıda Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın həqiqətən də dünya birliyi üçün hansı iqtisadi güc mənbəyi olmasının nümayiş etdirir”, – deyə A.Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, bu cür qlobal əhəmiyyətli böyük bir toplantının keçirilməsi və Avropa İttifaqı ölkələrinin nüfuzlu liderlərinin ölkəmizin enerji təşəbbüskarlığını dəstəkləməsi və yürüdülən yeni enerji siyasətini yüksək qiymətləndirmələri Azərbaycanın Avropa regionun üçün olduqca əhəmiyyətli və strateji enerji müttədiqi olduğunu təsdiqləyir.

O qeyd edib ki, Respublikamız son bir il ərzində enerji diversifikasiyasını genişləndirərək dünya yanacaq bazarında öz potensial güc imkanlarlını nümayiş etdirməkdədir.

“Toplantıda çıxış edən Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanın enerji siyasətində bir ildən artıqdır ki, tamamilə yeni bir mərhələ başlayıb. 2020-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması və Azərbaycan qazının Avropa Birliyi regionuna nəqlinin başlanması ilə enerji siyasətinin ən mühüm qlobal əhəmiyətli bir frazası start götürüb.

Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf ssenariləri üzrə irəliləyir və bunun ən mühüm təzahürlərindən biri də məhz Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli enerji tranzitlərinin gerçəkləşməsidir. Bu sırada olduqca strateji önəmi olan Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi əməkdaşlıq proqramlarının müasir Yol xəritəsi hesab edilə bilər.

Bütün dünya ölkələri tərəfindən xüsusi rəğbətlə qarşılanan bu enerji marşrutu hər bir tərəf üçün faydalı və töhfəvericidir”, – deyə o qeyd edib.

A.Hüseynovun sözlərinə görə, Azərbaycanın etibarlı və əhəmiyyətli enerji tədarükçüsü kimi özünü son 30 ilə yaxın bir dövrdə yürüdülən uğurlu neft strategiyası ilə dünyada tanıdıb.

“Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilsi Ərzurum layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayıbdır. Hazırda isə öz enerji siyasətinin yeni bir səhifəsi olan qaz tədarükü ilə qlobal bazara daxil olub.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin reallşması sözsüz ki, Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində baş tutdu. Bu Dəhliz böyük enerji arteriyası olmaqla 4 mühüm layihəni – “Şahdəniz II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz kəmərlərini özündə birləşdirir. Göründüyü kimi Xəzər-Mərkəzi Asiya- Avropa regionu üçün ən rentabbelli qaz nəqli coğrafiyası yaradılmaqdadır”, – deyə A.Hüseynov vurğulayıb.

Millət vəkili dünya qaz bazarında baş verən son hadisələrə və mövcud vəziyyətə də toxunaraq qeyd edib ki, Azərbaycan hər zaman enerji amilinə yalnız dost və etibarlı tərəfdaşlıq faktoru kimi yanaşıb.
“Bəzi ölkələr qaz amilindən siyasi məqsədlər üçün istifadə etsə də, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri yaxın tərəfdaşlıq və birgə qarşılıqlı hörmət prinsiplərinə əsaslanıb.

Hazırda Avropa bazarlarında enerjinin çoxşaxəliliyi və yeni resursların ixracı aktual mövzuya çevrilib, bu proseslər Azərbaycanın da rolunun artması üçün əlavə fürsətlər yaradır. Bu baxımdan, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və Cənub Qaz Dəhlizinin ixrac potensialının artırılması gündəmdədir.

Cənab Prezident dəfələrlə Avropanın qaz bazarında ölkəmizin rolunun artması və etibarlı tərəfdaş olmasına diqqət çəkərək bildirb ki, biz Cənub Qaz Dəhlizini dostluq və əməkdaşlıq dəhlizi hesab edirik. Bu, bir daha Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində son illər respublikamızın artan rolunu və mövqeyinin daha da möhkəlnəndirir”.

A.Hüseynov onu da bildirib ki, Azərbaycanın Avropanı yanacaqla təmin etmək üçün kifayət qədər resursları vardır.

“Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarınıln həcmi 2.6 trilyon kubmetrdir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında böyük ehtiyatlar var. Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir.

Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehdsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla bilər. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artıracaq və Avropa istehlakçılarının əlavə tələbatları nəzərə alınaraq Aİ ölkələri ilə yeni danışıqların aparılması, yeni qaz müqavilələrinin imzalanması istisna olunmur. Cənab Prezidentin də vurğuladığı kimi bizim qaz resurslarımız Aİ ölkələri üçün əlavə mənbələr ola bilər”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə AzerTimes-a açıqlamasında qeyd edib ki, hansı beynalxalq platformadakı müzakirələrdə Azərbaycan və Prezident İlham Əliyev iştirak edirsə, o platformada çoxları üçün reallıq kimi görünməyən məsələlər reallığa çevrilir.

“Cənub Qaz Dəhlizi layihəsi də zamanında çoxlu ölkələr üçün xəyal kimi görünürdü. Amma Azərbaycanın orda olması və layihədə əsas investor kimi çıxış etməsi digər iştirakçıların da marağına gətirdi və XXI əsrin ən böyük investisya layihəsi adlandırılan 33 milyard dollar dəyərində CQD 2020-ci ilin dekabırn 31-də başa çatdı və Azərbaycan qazı ilk dəfə olaraq Avropa qitəsinə daxil olmağa başlandı.

Bütün bu uğurların təməlində Ümumimilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə əsası qoyulan neft strategiyamız dayanır. Milli sərvətlərimiz olan neft və qazın istehsalına xarici investorlarları cəlb etməklə milyardlarla dollar investisyalar Azərbaycanın iqtisadiyyatına yatırıldı.

Karbohidrogen resurslarımızın hasilatının artması və yeni potensialların müəyynləşməsi neft və qazın ixrac xətlərinin tikintisini aktualllaşdı. 1999-cu ildə Bakı -Supsa və 2006-cı ildə Bakı -Tiblisi -Ceyhan neft, 2007-ci ildə Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri tikildi. 2011 -ci ildə Avropa İttifaqı və Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalandı və 2014-cü ildən Cənub Qaz Dəhlizinin tikintisinə start verildi. 2018-ci ildə TANAP və 2020-ci ildə TAP layihələri başa çatmaqla 3500 km uzunluğunda olan böyük bir qaz ixracı xəttimiz istifadəyə verilmiş oldu”, – deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin inşası ilə bağlı görülən işləri müzakirə etmək və görüləcək işləri planlaşdırmaq məqsədilə Məşvərət Şurası yaradıldı.

“2015-ci ildən başlayaraq hər il CQD Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları keçirilir. CQD başa çatanda bəzi dairələr düşünürdülər ki, Məşvərət Şurasının da işi bitəcəkdir. Amma Cənab Prezidentin təşəbbüsləri Məşvərət Şurasının aktuallığını daha da artırdı və iştirakçı ölkələrin sayı da genişlənir.

4 fevralda Bakıda fəaliyyətə başlayan CQD Məşvərət Şurasının VIII Toplantısında 20-yə yaxın ölkə , beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkətlərin nümayəndələri iştirak edir.

Toplantının mövzusu da bu günün reallığı üçün daha aktuallaşdı. Toplantıda “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularının müzakirəsi keçirilir” – deyə deputat bildirib.

O vurğulayıb ki, toplantıda Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək bu möhtəşəm layihənin ərsəyə gəlməsində keçdiyi yola bir daha ekskursiya etdi.

“Həm də bu gün Azərbaycanın enerjiyə keçiddə baxışlarını və bu baxışların reallaşdırılmasında ölkəmizin potensialını, o cümlədən işğaldan azad olunmuş ərazilərin potensialını toplantı iştirakçıların diqqətinə çatdırdı. Azərbaycan beynəlxalq investisyalrın yerləşdirilməsi üçün ən çox cəlb edici məkandır.

Ölkəmizdəki siyasi və iqtisadi sabitlik, ixrac imkanlarımızın genişlənməsi və sözümüzün imzamız qədər möhkəm olması xarici investorların ölkəmizə cəlb ediciliyini artırır.

Düşünürəm ki, CQD Məşvərət Şurası çərçivəsində nazirlərin iştirakı ilə toplantlar uzun illər keçiriləcək və Bakı qlobal çağırışlara uyğun dünya üçün aktual məslələrin müzakirəsi üçün əvəz olunmaz platformaya çevriləcəkdir” – deyə deputat əlavə edib.

Teqlər: