Avropa təlaş içərisində Rusiya qazını əvəz edəcək vasitə
axtarır. Bu baxımdan, bir ölkə bir çox ölkələr üçün qaz təchizatı
sahəsində həmin alternativ olmağa hazır olduğunu bildirdi.
AzerTimes-ın “Haber7”
nəşrinə istinadən verdiyi məlumata görə, eyni zamanda, həmin
Avropada etiraf edirlər ki, Rusiya qazının çatışmazlığını
kompensasiya etmək o qədər də asan olmayacaq:
“Qardaş ölkəmiz Azərbaycan enerji böhranı şəraitində İsveçrə
üçün alternativ olmağa hazırlaşır. İsveçrə Qaz Sənayesi
Assosiasiyasının bəyanatına görə, Ukrayna münaqişəsinə görə Rusiya
qazının Avropaya tədarükü kəsilərsə, İsveçrə də öz istehlakını
azaltmalı olacaq. Enerji böhranı yaranacağı təqdirdə İsveçrə
Azərbaycan qazını almağa ümid edir.
Azərbaycan Rusiya-Ukrayna münaqişəsi fonunda bir çox ölkələr
üçün qaz təchizatı sahəsində alternativ olmağa hazırlaşır. Bu
yaxınlarda İsveçrə Qaz Sənayesi Assosiasiyasının nümayəndəsi Tomas
Heqqlin bildirib ki, Rusiya qazının Avropaya nəqlində fasilələr
yaranarsa, İsveçrə də öz istehlakını azaltmaq məcburiyyətində
qalacaq. İsveçrə üçün ən mühüm alternativlərdən biri isə Azərbaycan
qazıdır.
Mümkün qaz təchizatı böhranına diqqəti yetirən T.Heqqlin belə
davam edib: “Biz buna hazır olmalıyıq. Rusiya qazının çatışmazlığı
Avropada ən azı qısa müddətdə və istehlakı azaltmadan tam
kompensasiya edilə bilməz. Lakin bu ssenaridə belə, İsveçrə yenə də
üstün olacaq. Çünki İsveçrə Azərbaycandan qaz almağa davam edə
biləcək”.