Azərbaycan Avropaya qaz tədarükünü şaxələndirən mühüm təchizatçıdır.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
“Bu, hazırda Rusiyadan asılılığını azaltmağa və ya aradan qaldırmağa, o cümlədən tədarükləri şaxələndirməyə çalışan Avropa ölkələri üçün çox vacibdir”, – o vurğulayıb.