Azərbaycan 2024-2026-ci illər üçün Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb.
AzerTimes xəbər verir ki, bu barədə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin baş katibi Muhammed Reza Məcidi komitənin Bakıda keçirilən iclasında bildirib.
O qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək verəcək.
Qeyd edək ki, Bakıda Asiya Parlament Assambleyası (АРA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.