Azərbaycan ani lotereyaları tarixində ən böyük uduş – 200.000 manat qazanıldı

“Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar
böyük uduşları ilə sevindirməyə davam edir.

“40 000 000 Pul Yağışı” ani lotereyası satışa çıxarıldığı mart
ayından etibarən lotereya həvəskarlarının böyük marağına səbəb
olub. Lotereyada ard-arda bir neçə uduş öz şanslı qaliblərinə
qismət olub.

Azərbaycanda ani lotereya oyunları tarixində ən böyük uduş –
200.000 manat qazanıldı. 200.000 manat məbləğində böyük uduş Ağdaş
rayonu sakini tərəfindən udulub. “40 000 000 Pul Yağışı” ani
lotereyasında bu yeğanə uduş olmayıb. Hər biri 10.000 manat
dəyərində olan 6 uduş isə Bakı, Xırdalan, Cəlilabad, Lənkəran və
Xaçmazda qazanılıb.

Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə
isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar
dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə
əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin
arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya
oyunlarında uduşları qazananların adı və soyadları yalnız uduş
qazanan şəxslərin icazəsi ilə mümkündür.

Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında
iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət
olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli
keçirilməsi ilə nəticələnməlidir.

“Azərlotereya” ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil
olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək
ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü
şəkildə iştirak edə bilərlər.

“40 000 000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya”
ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “Qızıl”
biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri,
“Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar
şəbəkəsində əldə edə bilərsiniz.

Teqlər: