Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən mühüm ticarət
tərəfdaşıdır, Almaniya Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsinə kömək edir. 30 il ərzində Azərbaycan Avropa
İttifaqına yaxınlaşıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN)
Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias
Lüttenberq “Twitter”də bildirib.
“30 il əvvəl bu gün Almaniya və Azərbaycan arasında diplomatik
əlaqələr qurularaq, dərin əlaqələrimizə zəmin yaradılıb –
Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır,
Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edir.
30 il ərzində Azərbaycan Avropa İttifaqına yaxınlaşıb”, – deyə
M.Lüttenberq bildirib.