Azərbaycan Aİ-yə qaz tədarükünün şaxələndirilməsi üzrə səylərdə vacib rol oynayır – Enerji üzrə Baş Direktorluq

Azərbaycan Avropa İttifaqına (Aİ) qaz tədarükünün
şaxələndirilməsi üzrə səylərdə vacib rol oynayır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Enerji
üzrə Baş Direktorluğunun rəhbəri Kristina Lobillo Borrero Bakı
Enerji Həftəsinin açılış mərasimində deyib.

“Bizim enerji bazarlarımız COVID-19 pandemiyası da daxil olmaqla
bir sıra problemlərlə, o cümlədən enerji daşıyıcılarının
bahalaşması ilə üzləşir. Cənub Qaz Dəhlizi Aİ üçün vacib əhəmiyyət
daşıyır və Azərbaycanın oynadığı rol Aİ-yə qaz tədarükünün
şaxələndirilməsi üzrə səylərimizdə çox vacibdir. Bu, enerji
daşıyıcıları qiymətlərinin stabilləşməsi, eləcə də tədarükün
etibarlılığının təmin olunması üçün zəruridir. Biz bunu
qiymətləndiririk. Bizim Azərbaycanla enerji münasibətlərimiz müsbət
enerji dialoqu təcrübəsinə əsaslanır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: