Azərbaycan Aİ üçün vacib əhəmiyyət daşıyır – Estoniya parlamentinin sədri

Azərbaycan xüsusilə neft və qaz qıtlığı ilə bağlı vəziyyəti
nəzərə alaraq, Avropa İttifaqı (Aİ) üçün vacib əhəmiyyət
daşıyır.

Trend-in
məlumatına görə, bunu Estoniya parlamentinin sədri Yuri Ratas öz “Facebook” səhifəsində yazıb.

“Azərbaycana səfər başa çatıb. Prezident, parlamentin spikeri,
baş nazir, nazirlər və deputatlarla məhsuldar görüşlərim oldu.
Ölkələrimiz arasında yaxın dostluq münasibətləri qurulub.
Azərbaycan xüsusilə neft və qaz qıtlığı ilə bağlı vəziyyəti nəzərə
alaraq, Avropa İttifaqı ümün vacib əhəmiyyət daşıyır. Bizim
əməkdaşlığımız çox vacibdir. Mən azərbaycanlı həmkarlarıma xoş
qəbula görə təşəkkür edirəm!”, Y.Ratas yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: