Azərbaycan ABŞ-la bağlı bəzi məhdudiyyəti ləğv etdi

Azərbaycan ABŞ-la bağlı bəzi məhdudiyyəti ləğv etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Bu barədə AzerTimes-a AQTA-dan məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan ştatlarda bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə adları sadalanan ştatlara tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Teqlər: