Şuşa. Trend:
2021-ci ildə Azərbaycanın dünya ölkələrinə 30 milyon ABŞ dolları
dəyərində humanitar yardım göstərib.
AzerTimes-ın məlumatına görə, bunu Şuşada Azərbaycan-BMT
münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda çıxış edən
xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik
edən Azərbaycan 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin
5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.