Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… – Paşinyan

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… – Paşinyan

Azərbaycanın yeni birtərəfli tələblər irəli sürməyəcəyinin təminatı bizim mövqeyimizin legitimliyidir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

“2021 və 2022-ci il hadisələri bir çox hallarda 4 kənd kontekstində beynəlxalq ictimaiyyətə təqdim olunub. Öz qanuni mövqelərindən kənarda hərəkət edənin Ermənistan olduğunu göstərmək cəhdi bəzi hallarda uğurlu oldu. Biz belə qənaətə gəldik ki, Ermənistanın təhlükəsizliyinin sözün qlobal mənasında iflasa uğradığı bir şəraitdə legitimlik bizim arxalana biləcəyimiz və yeni təhlükəsizlik sistemi yarada biləcəyimiz amildir”, – Paşinyan qeyd edib.

Teqlər: