Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və
multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan
Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu
imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi
suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına
əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə
çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin
rifahının daha da artırılması üçün sosialyönümlü bazar
iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir…

AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Aİ və Dünya Bankı Azərbaycan
üzrə saziş imzalayıb, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər, Qarabağın bərpası” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– siyasi şərhçilər Hulusi Kılıç, Əhməd Əlili və Hikmət Babaoğlu
mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: