Azərbaycan 2021-ci ildə dayanıqlı inkişafa görə regionun lideridir

BMT-nin “Dayanıqlı inkişaf barədə hesabat – 2021” hesabatında Azərbaycan Cənubi Qafqaz ölkələrin arasında birinci olub.

Trend bu barədə BMT-yə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycan hesabatda 55-ci, Gürcüstan 56-cı, Ermənistan isə 58-ci yerdə qərarlaşıb. Azərbaycan reytinqdə 100 mümkün xaldan 72,41 xal alıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan doğru yoldadır və “Yoxsulluğun olmaması”, “Təmiz su və sanitariya” göstəriciləri üzrə Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir.

Azərbaycanda, həmçinin “Sağlamlıq və rifah”, “Əlçatan və təmiz enerji”, “Dayanıqlı şəhərlər və cəmiyyətlər”, “İqlim dəyişiklikləri ilə mübarizə üzrə kömək”, “Dinc şəraitdə ədalət məhkəməsi və güclü institutlar”, eləcə də “Məqsədlərə nail olmaq üçün tərəfdaşlıq” göstəriciləri üzrə irəliləyiş müşahidə olunur”.

Teqlər: