Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində iki pillə geriləyib.
AzerTimes xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.
26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.
“Qarabağ” Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) “Ludoqorets”ə qalib gəlib – 7:2.
“Sabah” UEFA Konfrans Liqasında Bakıda “Sent Patriks Atletik”ə məğlub olub (0:1), “Zirə” isə “Osiyek”lə heç-heçə edib – 2:2.
“Qarabağ”ın qələbəsi Azərbaycanın aktivinə 0,250, “Zirə”nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.