Azərbaycan 120 ölkəyə məhsul ixrac edib

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət
əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174
ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, gömrük orqanlarında
qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa
çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik
qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə ölkənin
xarici ticarət dövriyyəsi 35556,4 milyon ABŞ dolları təşkil
edib.

Ticarət dövriyyəsinin 23850,6 milyon dollarını və ya 67,1
faizini ölkədən ixrac olunmuş məhsulların, 11705,8 milyon dollarını
(32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş,
nəticədə 12144,8 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki
qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artıb. İxracın real
artımı 17,0 faiz olmuş, idxal isə 10,0 faiz azalıb.


2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə
müqayisədə faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə 38,4 faiz
artaraq 2713,4 milyon dollar təşkil edib.

Teqlər: