Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və energetika nazirləri Mikayil Cabbarov və Pərviz Şahbazovla görüşüb.
AzerTimes-ın məlumatına görə, bu barədə avropalı diplomat “Twitter” hesabında paylaşım edib.
Görüş zamanı “Şərq Tərəfdaşlığı” üçün nəzərdə tutulmuş İqtisadi və İnvestisiya Planının potensialı barədə fikir mübadiləsi aparıldığını bildirən komissar qeyd edib: “Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır”.